...

Əflatun Amaşov: Azərbaycan xalqı I Avropa Oyunlarında üzərinə düşən missiyanı çox böyük şərəflə həyata keçirdi

Cəmiyyət Materials 29 İyun 2015 13:07 (UTC +04:00)
Azərbaycan xalqı I Avropa Oyunlarında öz üzərinə düşən missiyanı çox böyük şərəflə həyata keçirdi. İlk oyunları çox uğurla yekunlaşdırdıq.
Əflatun Amaşov: Azərbaycan xalqı I Avropa Oyunlarında üzərinə düşən missiyanı çox böyük şərəflə həyata keçirdi

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

"Azərbaycan xalqı I Avropa Oyunlarında üzərinə düşən missiyanı çox böyük şərəflə həyata keçirdi. İlk oyunları çox uğurla yekunlaşdırdıq".

Trend-in məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün Bakı Dövlət Universitetində "Azərbaycan milli mətbuatı - 140: "Əkinçi" ənənələri və müasir jurnalistika" mövzusunda keçirilən elmi-praktik konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hər bir xalqın həyatında mühüm hadisələr baş verir. I Avropa Oyunları da min illərlə tarixi olan Azərbaycan xalqının həyatında qlobal baxımdan baş verən ən mühüm hadisələrdən biridir: "Əgər xalq bu missiyanı layiqincə yerinə yetirirsə, əgər idman oyunlarında xalq, ölkə bu oyunları yetərincə təşkil edirsə, xalqın nümayəndələri idmanda yetəri qədər uğur qazanırsa, bu hadisə məhz həmin xalqın həyatında çox mühüm rol oynayır. Bunlar xalqın daxildə milli birliyini, xalqla rəhbərlər arasında əlaqəni daha da gücləndirir. Əminəm ki, xalqımız bundan sonra da qarşısında olan çox ciddi problemləri çox asanlıqla həll edə biləcək. Özlərinin güc birliyi sayəsində hakimiyyətlə xalq arasında olan əlaqələri düzgün şəkildə qurmağa qadirdilər".

Ə.Amaşov bildirib ki, Oyunlardan sonra Azərbaycan zəngin tarixə malik olan bir ölkə kimi və eyni zamanda idman ölkəsi kimi dünya ictimaiyyətinin diqqətini cəlb edir.

Bütün bu inkişafın başlanğıcında medianın da rolunun olduğunu deyən Ə.Amaşov deyib ki, BDU-nun jurnalistika fakültəsində təhsl alan tələbələrin xaricdəki nüfuzlu ali məktəblərə təhsil almağa göndərilməsi məqsədə uyğundur. Onun sözlərinə görə, BDU-nun jurnalistika fakültəsində bakalavr səviyyəsində oxuyan tələbələr təhsillərini davam etdirmək məqsədilə aparıcı xarici ali məktəblərə göndərilməsi üçün Dövlət Proqramı da qəbul edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti