...

Rezidenturaya qəbul olmaq istəyənlər üçün onlayn sınaq imtahanı keçirilir

Cəmiyyət Materials 29 İyun 2015 15:42 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya qəbul imtahanlarının ikinci mərhələsinə hazırlaşan namizədlər üçün onlayn sınaq imtahanı keçirir.
Rezidenturaya qəbul olmaq istəyənlər üçün onlayn sınaq imtahanı keçirilir

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya qəbul imtahanlarının ikinci mərhələsinə hazırlaşan namizədlər üçün onlayn sınaq imtahanı keçirir.

Komissiyadan Trend-ə verilən məlumata görə, qəbul imtahanı ərəfəsində namizədlərə öz bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan onlayn imtahanda suallar qəbul imtahanının ikinci mərhələsi üzrə qəbul proqramı əsasında təqdim olunur. İmtahanda iştirak etmək istəyənlər TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Bu ödəmə kartını internet ödəmə vasitəsilə (https://eservices.tqdk.gov.az/sinaq/cards.aspx) əldə etmək olar.

Namizədlər əldə etdikləri iş nömrəsi və şifrdən istifadə etməklə eservices.tqdk.gov.az/sinaq/ səhifəsində qeydiyyatdan keçərək onlayn rejimdə sınaq imtahanı verə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti