...

34 qəzetə maliyyə yardımı ayrıldı (SİYAHI)

Cəmiyyət Materials 30 İyun 2015 18:53 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclası keçirilib.
34 qəzetə maliyyə yardımı ayrıldı (SİYAHI)

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, KİVDF-nin Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib. İclasda 2015-ci ilin II yarısında KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş müsabiqəyə təqdim olunmuş layihə təklifləri müzakirə olunub.

U.Mirzəyev iclasın gündəliyindəki birinci məsələ ilə bağlı sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. V.Səfərli elan edilmiş şərtlər çərçivəsində müsabiqəyə 35 qəzetin sənəd təqdim etdiyini diqqətə çatdırıb. İcraçı direktor bildirib ki, ilin birinci yarısında Fonddan maliyyə yardımı almış 33 qəzetdən əlavə, daha 2 mətbuat orqanı - "Hürriyyət" və "Zaman çempion" qəzetləri də layihə təklifləri təqdim ediblər. Müvafiq araşdırmalardan sonra "Hürriyyət" qəzeti də daxil olmaqla, 34 qəzetin layihə təkliflərinin müsabiqənin şərtlərinə uyğun olduğu müəyyən edilib.

Sonra müsabiqənin şərtlərinə müvafiq olaraq təqdim edilmiş sənədlər Müşahidə Şurasının üzvlərinin diqqətinə təqdim olunub. Müzakirələr zamanı Müşahidə Şurası üzvlərindən - Vüqar Rəhimzadə, Əflatun Amaşov, Bəxtiyar Sadıqov, Müşfiq Ələsgərli, Rəşad Məcid və İntiqam Hümbətov Fondun maliyyə yardımı müsabiqələrinin mətbuatın maddi-texniki bazasının yaxşılaşdırılması və jurnalistlərin sosial vəziyyətlərinin yaxşılaşdırılması baxımından əhəmiyyətini qeyd ediblər.

Müzakirələrin sonunda 34 qəzetin sənədlərinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq, onlara 2015-ci ilin II yarısında maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.

Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor V.Səfərli Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlər barədə ətraflı məlumat verib.

2015-ci ilin II yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibi olan redaksiyaların siyahısı

Qəzetin adı

Ayrılan məbləğ

"Kaspi" qəzeti

60 000

"Mövqe" qəzeti

60 000

"Yeni Azərbaycan" qəzeti

60 000

"Ədalət" qəzeti

60 000

"525-ci qəzet" qəzeti

60 000

"Səs" qəzeti

60 000

"Bakı-Xəbər" qəzeti

60 000

"Yeni Müsavat" qəzeti

60 000

"Kaspi"

60000

"Ekspress" qəzeti

60 000

"Palitra" qəzeti

60 000

"Paralel" qəzeti

40 000

"Həftə içi" qəzeti

40 000

"Azad Azərbaycan" qəzeti

40 000

"Şərq" qəzeti

40 000

"Xalq Cəbhəsi" qəzeti

40 000

"Futbol+Qol" qəzeti

40 000

"Bizim yol" qəzeti

40 000

"Olaylar" qəzeti

40 000

"Novoye vremya" qəzeti

30 000

"Futbol+" qəzeti

30 000

"Üç nöqtə" qəzeti

30 000

"Azernews" qəzeti

30 000

"Unikal" qəzeti

20 000

"Olimpiya dünyası"qəzeti

20 000

"Oxu məni" qəzeti

20 000

"Zaman-Azərbaycan" qəzeti

20 000

"Reytinq" qəzeti

9000

"Təhsil problemləri" qəzeti

9 000

"The Business Times" qəzeti

9 000

"Hərbi And" qəzeti

9 000

"Türküstan" qəzeti

9 000

"İqtisadiyyat" qəzeti

9 000

"Hürriyyət" qəzeti

9 000

CƏMİ

34 redaksiya

1.243.000

Məqalədə:
Xəbər lenti

Xəbər lenti