...

Azərbaycanda dövlət qoruğunda su bioresurslarının ovu qadağan edildi

Cəmiyyət Materials 1 İyul 2015 16:40 (UTC +04:00)
Azərbaycanda Qarayazı Dövlət Təbiət Qoruğunda balıqlarla yanaşı, su bioresurslarının da ovu qadağan edilidi.
Azərbaycanda dövlət qoruğunda su bioresurslarının ovu qadağan edildi

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda Qarayazı Dövlət Təbiət Qoruğunda balıqlarla yanaşı, su bioresurslarının da ovu qadağan edilidi.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar "Azərbaycan Respublikasının Qarayazı Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə"də dəyişiklik edilib.

Yeni dəyişikliyə əsasən, qoruğun ərazisində ov, balıq və digər su bioresurslarının ovu, habelə ov və balıqçılıq obyektlərinə aid edilməyən heyvanların təsərrüfat məqsədilə istifadə edilməsi və ovlanması qadağan edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti