...

Bakıda "Grand Prix of Europe" Formula 1 yarışı üçün hazırlıq işləri aparılır

Cəmiyyət Materials 2 İyul 2015 12:01 (UTC +04:00)
Bakıda "Grand Prix of Europe" Formula 1 yarışı üçün hazırlıq işləri aparılır. Trend-in məlumatına görə, trasın tikintisi üzrə əsas işlər gələn ilə planlaşdırılıb.
Bakıda "Grand Prix of Europe" Formula 1 yarışı üçün hazırlıq işləri aparılır

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Bakıda "Grand Prix of Europe" Formula 1 yarışı üçün hazırlıq işləri aparılır. Trend-in məlumatına görə, trasın tikintisi üzrə əsas işlər gələn ilə planlaşdırılıb.

2016-cı ildə Azərbaycanda 'Avropa Qran Pri Bakı' (Formula 1, Grand Prix of Europe) adı altında keçiriləcək "Formula-1" yarışlarına hazırlıq işləri plana uyğun şəkildə həyata keçirilir. Bakının mərkəzində keçiriləcək şəhər trasının layihəsi German Tilkenin memarlıq bürosu tərəfindən layihələşdirilib.

Yarışları keçirəcək "Baku Grand Prix" şirkətinin məlumatına görə, təmir işləri bir neçə mərhələdən ibarət olacaq. Trasın layihəsi artıq tam hazır vəziyyətə gətirilərək, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) təsdiqinə təqdim olunub. Layihə təsdiq olunduqdan sonra tikinti işləri başlayacaq. Tikinti işlərinin əsas mərhələsi gələn ilə planlaşdırılıb.

Qeyd edək ki, Bakıda keçiriləcək yarış unikallığı ilə seçilir. Monako və Sinqapur kimi Bakı da şəhər trasına ev sahibliyi edəcək.

Belə ki, Bakıda keçiriləcək yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək, Bakının ən qədim hissəsi olan və UNESCO Ümumdünya irsi siyahısına daxil edilən İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr edəcək.

Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərin tam simasını görə biləcəklər. O da vurğulanmalıdır ki, "Formula-1" yarışları dünyada ən çox televiziya izləyicisi toplamış yarışlardan biridir.

Uzunluğu 6 km olacaq trasda bir neçə ciddi hündürlük dəyişməsi, yoxuş və enişlər olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti