...

“Humanitar sahədə təhsil alan gənclər üçün internet resursu” yaradılır

Cəmiyyət Materials 3 İyul 2015 10:41 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi “Humanitar sahədə təhsil alan gənclər üçün internet resursu” layihəsini həyata keçirir.
“Humanitar sahədə təhsil alan gənclər üçün internet resursu” yaradılır

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi "Humanitar sahədə təhsil alan gənclər üçün internet resursu" layihəsini həyata keçirir.

Layihə cari ilin may ayında başlayıb və iyul ayı sonunda başa çatacaq.

Layihənin əsas mahiyyəti Azərbaycan Respublikasının xarici və daxili siyasəti, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi həqiqətlərini dünya ictimaiyyətinə bildirmək üçün analitik təhlil və məqalələrin internet resursunda yayımlanmasıdır. Bu zaman xüsusilə Azərbaycan dövlətinin müxtəlif sahələr üzrə siyasətini təhlil edən gənc alim və tədqiqatçıların bir neçə xarici dildə (azərbaycan, türk, ingilis, rus) yazdıqları analitik materiallara üstünlük veriləcəkdir.

Azərbaycanın müstəqilliyinə qovuşmasından 20 ildən çox vaxt ötür. Müstəqillik əldə olunandan sonra dövlətimiz təhsil və elm sahəsinə xüsusi diqqət yetirir, müxtəlif elm sahələrini inkişaf etdirməyə çalışır. Müxtəlif sahələr üzrə islahatlar, təhsildə yeniliklərin tətbiq edilməyə çalışılması, qısacası dövlət səviyyəsində görülən işlər öz ciddi nəticələrini şübhəsiz ki, verir. Amma, həm hər şeyi dövlətdən gözləmək yerinə ictimai birliklərin özlərinin təşəbbüslərlə çıxış edərək bu sahədə iş görmələri zərurəti, həm də ictimai elmlər üzrə mövcud dövlət resurslarının, ali təhsil müəssisələrindəki imkanların və sistemlərin yeniliklərin tətbiqinə tam imkan verməməsi bu sahədə yeni ideyalarla çıxış edilməsini zəruri edir.

Mövcud vəziyyətin əsas səbəblərindən biri də odur ki, Azərbaycanda yüksək səviyyədə fəaliyyət göstərən və beynəlxalq arenada öz xüsusi çəkisi olan ictimai elmlər (humanitar) üzrə araşdırma mərkəzləri hələ də formalaşmayıb. Bunun müxtəlif obyektiv və subyektiv səbəbləri mövcuddur ki, onlar arasında ölkədə müvafiq ənənənin olmaması da var. Bütün bu əksiklklərin ortadan qaldırılması isə, müvafiq strukturların formalaşdırılması prosesi ilə yanaşı, yeni, müasir standartlarda bilik və bacarıqlara sahib gəncliyin yetişdirilməsi ilə də mümkün olacaqdır.

Aydın məsələdir ki, dövlətin idarə olunması prosesi, ölkəmizin Qarabağ problemi başda olmaqla sahib olduğu problemlərin həlli üçün töhfələr verilməsi, yüksək və dayanıqlı inkişaf, dayanıqlı təhlükəsizlik və sabitlik üçün yeni kadrların ictimai elmlər üzrə müasir standartlarda bilik və bacarıqlara yiyələnmələri xüsusi əhəmiyyət kəsb edir.
Müxtəlif universitetlərin humanitar ixtisaslar üzrə tələbələrinin səviyyəsi ilə bağlı aparılan müşahidələr bu sahədə əksikliyi daha da ciddi şəkildə ortaya qoyur.

Layihə qeyd edilən məqsədə çatılması istiqamətində bir neçə baxımdan faydalı olacaqdır. Saytın fəaliyyətləri, xüsusilə dövlət idarəçiliyi, siyasətşünaslıq, regionşünaslıq, tarix, beynəlxalq münasibətlər sahələrində təhsil alan tələbələrin, xarici siyasət sahəsinə marağı olan gənc mütəxəssislərin maarifləndirilmələrinə və elmi-tədqiqatlar aparmaq üçün təşviq edilmələrinətövhə verəcəkdir. Saytda Azərbaycandan olan tədqiqatçıların məqalələrinə və xarici müəlliflərin məqalələrinin orijinallarına və tərcümələrinə yer veriləcəkdir. Bu məqalələrlə humanitar sahə üzrə təhsil alan tələbələr və gənc təqdidatçılar üçün əlavə mənbə yaradılmasınaçalışılacaqdır.

İnternet resursu dörd dildə (azərbaycan, türk, ingilis, rus) qurulacaq və geniş oxucu kütləsinin istifadəsinə veriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti