Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir Hüseyn Vəliyev/
Azərbaycan Dövlət İqtisadiyyat Universiteti (ADİU) Fransanın Monpelye Universiteti ilə iki diplom proqramının reallaşdırılması barədə ilkin razılıq əldə edib. Trend-in məlumatına görə, bunu jurnalistlərə ADİU-nun rektoru Ədalət Muradov deyib.
Onun sözlərinə görə, hazırda layihənin detalları müzakirə olunur və məsələ razılaşdırılma mərhələsindədir: "Rusiyanın Ali İqtisadiyyat Məktəbi ilə də razılaşma əldə edilib ki, bu da bizim tələbələrimizə həmin məktəbdən ikinci diplom almağa imkan verəcək. Bu model London İqtisadiyyat Məktəbi ilə da reallaşdırılır".
Ə.Muradov qeyd edib ki, London İqtisadiyyat Məktəbi ilə iki diplom proqramı sentyabrdan start götürəcək, Rusiyanın Ali İqtisadiyyat Məktəbi ilə analoji layihə isə gələn tədris ilinədək başlayacaq.