...

DİN "Kapital Bank"ın filialına edilən basqının təfərrüatlarını açıqladı: Sürücü inkassator tutuldu

Cəmiyyət Materials 4 İyul 2015 10:31 (UTC +04:00)
Daxili İşlər Nazirliyi (DİN) "Kapital Bank" ASC-nin Abşeron filialında baş vermiş insidentə aydınlıq gətirib.
DİN "Kapital Bank"ın filialına edilən basqının təfərrüatlarını açıqladı: Sürücü inkassator tutuldu

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Daxili İşlər Nazirliyi (DİN) "Kapital Bank" ASC-nin Abşeron filialında baş vermiş insidentə aydınlıq gətirib.

DİN-in mətbuat xidmətinin rəis müavini polis polkovniki Ehsan Zahidov Trend-ə bildirib ki, "Kapital Bank" ASC-nin Abşeron filialının sürücü inkassatoru Hikmət Əliyev əvvəlcədən planlaşdırdığı oğurluğu həyata keçirmək məqsədilə işin sonunda bankın içərisində gizlənib.

Bankın xidmətdə olan mülki mühafizəçisi Hamlet Şıxəliyev sayıqlığı nəticəsində gecə saatlarında içəridən gələn səsdən duyuq düşüb, içəridə sürücü inkassatoru aşkar edib. Sürücü inkassator H.Əliyev üzərində gəzdirdiyi bıçaqla mühafizəçinin üzərinə hücum çəkib və onlar əlbəyaxa olublar. Bu zaman mühafizəçinin əlindəki tabel silahı açılıb və güllə mühafizəçinin dizini yaralayıb.

Mühafizəçinin yaralanmasından istifadə edən sürücü inkassator hadisə yerindən qaçmağa müvəffəq olub.

Buna baxmayaraq, dərhal hadisə yerinə gələn Abşeron rayon Mühafizə İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində H.Əliyevi yaxalayaraq istintaqa təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti