...

Qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlarla görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 4 İyul 2015 12:55 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi müvafiq Dövlət proqramlarının icrası nəticəsində respublikamızın müxtəlif bölgələrində məskunlaşan qamqın və məcburi köçkün ailələrinin maddi-məişət şəraiti durmadan yaxşılaşır.
Qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlarla görüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi müvafiq Dövlət proqramlarının icrası nəticəsində respublikamızın müxtəlif bölgələrində məskunlaşan qamqın və məcburi köçkün ailələrinin maddi-məişət şəraiti durmadan yaxşılaşır.

Bu gün Bakı şəhərinin Nərimanov rayonunda Cəbrayıl, Zəngilan, Füzuli, Ağdam və Qubadlı rayonlarından qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlarla Azərbaycanda 2002-ci ildən həyata keçirilən "Açıq Əyləncəvi Futbol Məktəbləri" layihəsi çərçivəsində görüş keçirilib.

Görüşdə Milli Məclisin deputatı Rauf Əliyev, Nərimanov rayon Gənclər və İdman İdarəsinin müdiri Nəcəf Novruzov və müxtəlif təşkilatlardan nümayəndələr iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və başqa idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini aşılamaq olub.

Uşaqlara müxtəlif idman ləvazimatları paylanıb. Sonda uşaqlar əyləncəvi futbol nümayiş etdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti