...

Azərbaycan sinoptikləri hansı hava şəraitini vəd edir?

Cəmiyyət Materials 5 İyul 2015 13:47 (UTC +04:00)
Həftənin ilk iş günündə - iyulun 6-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək, şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Azərbaycan sinoptikləri hansı hava şəraitini vəd edir?

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Həftənin ilk iş günündə - iyulun 6-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək, şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 22-25, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə dəniz suyunun temperaturu 23-24 dərəcə isti, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonarında hava yağmursuz olacaq, şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Temperaturun gecə 20-25, gündüz 33-38 dərəc isti olacağı ehtimalı var.

Dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı ehtimalı var.

Xəbər lenti

Xəbər lenti