...

“Kütləvi çıxarış” kampaniyasında Şəkidə 300-ə yaxın vətəndaşa dövlət reyestrindən çıxarış verilib (FOTO)

Cəmiyyət Materials 6 İyul 2015 13:22 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsinin sosial tədbiri olan “kütləvi çıxarış” kampaniyası daha bir yenilik - “bir pəncərə” prinsipinin tətbiqi ilə iyulun 6-da Şəki rayonunun sakinlərinə xidmət göstərib.
“Kütləvi çıxarış” kampaniyasında Şəkidə 300-ə yaxın vətəndaşa dövlət reyestrindən çıxarış verilib (FOTO)

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Əmlak Məsələləri Dövlət Komitəsinin sosial tədbiri olan "kütləvi çıxarış" kampaniyası daha bir yenilik - "bir pəncərə" prinsipinin tətbiqi ilə iyulun 6-da Şəki rayonunun sakinlərinə xidmət göstərib. Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kampaniya əvvəllər yalnız xüsusi sosial təbəqədən olan və əvvəlki illərdə müxtəlif qurumlar tərəfindən verilmiş mülkiyyətə dair sənədlərin çıxarışlarla əvəz olunmasını nəzərdə tuturdusa, indi isə ümumiyyətlə vətəndaşların daşınmaz əmlaklarının dövlət qeydiyyatına alınmasını əhatə edir.

Burada başlıca məqsəd vətəndaşın xidmətə çatması deyil, xidməti vətəndaşa çatdırmaq, vaxta qənaət, rahatlıq və çevikliyi təmin etməkdir.

Bilavasitə yerlərdə davamlı olaraq mobil ofis xidməti vasitəsi ilə keçirilən "kütləvi çıxarış" kampaniyasından yararlanmaq üçün artıq hər bir vətəndaşın daşınmaz əmlaklarını qeydiyyata aldırmaq üçün qanunvericiliyə uyğun olaraq "bir pəncərə"də müraciəti qəbul ediləcək.

Kampaniya ucqar kənd sakinlərinin, rayon, şəhər mərkəzlərinə gələ bilməyən vətəndaşların komitənin mobil ofislərində mülkiyyətə dair sənədlərini təqdim etməsini və çıxarış almasını təmin edir.

Şəkidə həyata keçirilən kampaniya çərçivəsində bir sıra fiziki məhdudiyyətli vətəndaşlara birbaşa evlərində qeydiyyat xidmətləri göstərilib.

Komitənin mobil ofisləri vətəndaşların ünvanlarına gedib, qeydiyyatla bağlı ilkin sənədlər birbaşa evlərdə yoxlanılaraq qəbul edilib və çıxarışlar təqdim olunub.

Şəkidə baş tutan kampaniya çərçivəsində 300-ə yaxın vətəndaşa dövlət reyestrindən çıxarış verilib, 250-yə yaxın vətəndaşdan daşnmaz əmlaka, həmçinin torpağa dair qeydiyyat üçün zəruri sənədlər qəbul edilib.

Kampaniyadan yararlanan vətəndaşlar qeydiyyatda "bir pəncərə" sistemindən, əlavə vaxt itkisinin aradan qalxmasından, rahat, çevik və əlverişli xidmətlərdən razılıqlarını bildiriblər.

Qeyd edək ki, bu kampaniya komitənin mobil ofis xidmətləri vasitəsilə həyata keçirilir. Eyni zamanda, bu xidmətlə bağlı komitənin rəsmi internet səhifəsində (vətəndaşlar üçün bölməsində) respublika üzrə fəaliyyət göstərən aylıq mobil ofis xidməti qrafiki yerləşdirilir.

Maraqlanan vətəndaşlar 148 saylı (daxili 5) çağrı mərkəzinə müraciət etməklə xidmətdən faydalana bilir. İndiyədək kampaniya çərçivəsində ümumilikdə 3800-ə yaxın vətəndaşa dövlət reyestrindən çıxarış təqdim olunub.

Bundan əlavə, kampaniyadan da əvvəl başlamış mobil ofis xidmətləri vasitəsilə isə respublika üzrə 2015-ci ildə vətəndaşlardan 45500 müraciət qəbul edilib.

Qeyd edək ki, "bir pəncərə" prinsipinin tətbiqi kampaniya çərçivəsində ilk yenilik deyil. Belə ki, 8 aydır davam edən kampaniyada indəyədək bir neçə belə yeniliklər edilmiş və daha geniş formatda həyata keçirilmişdir. İlkin mərhələdə kampaniya zamanı yalnız çıxarışlar təqdim olunurdusa, növbəti yeniliklə həm də mülkiyyət barədə sənədlərin qəbuluna başlanılıb.

Kampaniyaya fiziki məhdudiyyətli olan mülkiyyət sahibləri də cəlb olunub. Kampaniyanın davamında kampaniyanın formatı daha da genişləndirilib. Növbəti yenilik isə kampaniya çərçivəsində hüquqi maarifləndirmə aksiyalarının keçirilməsi olub. Vətəndaşlara daşınmaz əmlakın qeydiyyatında hüquqi tələblər, qeydiyyatın sosial-iqtisadi üstünlükləri çatdırılıb.

Bu yeniliklər kampaniyanın böyük əhali kütləsini özünə cəlb etməsinə səbəb olur.

Kampaniya daşınmaz əmlakla bağlı alqı-satqı proseslərini stimullaşdırır. Qeydiyyat arealının genişlənməsinə, etibarlı və təhlükəsiz mülkiyyət sahiblərinin artmasına səbəb olur.

Daşınmaz əmlakların iqtisadi proseslərə cəlb olunmasını və vətəndaşların gəlir mənbəyinə çevrilməsini təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti