...

Azərbaycanda yeni yaradılan universitetə tələbə qəbulu elan edilib

Cəmiyyət Materials 7 İyul 2015 14:01 (UTC +04:00)
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı 2015-2016-cı tədris ili üçün tələbə qəbulu elan edilir.
Azərbaycanda yeni yaradılan universitetə tələbə qəbulu elan edilib

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı 2015-2016-cı tədris ili üçün tələbə qəbulu elan edilir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına müalicə işi ixtisası üzrə 100 nəfərin qəbul olunması nəzərdə tutulur. Tədris rus dilində olsa da, müsabiqə rus və Azərbaycan bölmələrindən olan abituriyentlər üçün birgə aparılacaq. Azərbaycan vətəndaşları üçün təhsil ödənişsizdir.

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin komissiyası tərəfindən aparılan qəbul imtahanlarında yalnız TQDK-nın keçirdiyi test imthanlarında 350 və daha artıq bal toplayan abituriyentlər iştirak edə bilərlər. Qəbul olmaq istəyənlər rus dili və kimya fənləri üzrə test imtahanı verməlidirlər.

Müsabiqə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin yaratdığı komissiyanın keçirdiyi imtahanların nəticələri əsasında aparılacaq.

Filialın tədris fəaliyyəti İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin tədris plan və proqramları əsasında həmin ali məktəbin professor-müəllim heyəti tərəfindən həyata keçiriləcəkdir. Məzunlara İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin diplomu təqdim ediləcək.

Qəbul olmaq istəyən şəxslər müvafiq sənədlərini 21-22 iyul tarixlərində təqdim edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti