...

“Parlaq Zəka” intellekt şousunun 1/2 mərhələsinin ilk oyunu keçirildi

Cəmiyyət Materials 7 İyul 2015 14:57 (UTC +04:00)
“Parlaq Zəka” intellekt şousunun 1/2 mərhələsinin ilk oyunu keçirilib.
“Parlaq Zəka” intellekt şousunun 1/2 mərhələsinin ilk oyunu keçirildi

Azərbaycan, Bakı, 7 iyul /Trend/

"Parlaq Zəka" intellekt şousunun 1/2 mərhələsinin ilk oyunu keçirilib. Bu həftə tamaşaçılar zəkaların şans oyununda "Uinston Çörçill" mövzusunda olan mübarizələrini izləyiblər.

Trend-in məlumatına görə, müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Tərlan Əsədli, sarı yolda Azərbaycan Dillər Universitetinin tələbəsi Günəş Nağıyeva, yaşıl yolda isə Bakı Dövlət Universitetinin tələbəsi Anar İsmayılov mübarizə aparıb. Bu görüşün qalibi və finala vəsiqə qazanan Anar İsmayılov olub.

Layihə rəhbəri Aydın Piriyev oyun barədə fikirlərini bölüşüb: "Artıq final mərhələsinin astanasındayıq. Bundan sonra həyəcan daha çox hiss olunacaq. Cavab variantları arasında tərəddüdlər, hiss və həyəcan. Daimi tamaşaçılar bu anları qaçırmasın. Bundan sonrakı oyunlarda hər kəsə uğurlar".

Təhsilini dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün "Parlaq Zəka" intellekt şousu növbəti bir şansı təqdim edir.

Qaliblərə 40 000, 30 000, 20 000 manatlıq təhsil haqqı qazandıran İntellekt Şounun III mövsümündə hazırda bakalavr təhsilini davam etdirən I, II, III kurs tələbələri müraciət edə bilərlər.
İnformasiya dəstəyi Trend

Məqalədə:
Xəbər lenti

Xəbər lenti