...

Bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq

Cəmiyyət Materials 8 İyul 2015 09:08 (UTC +04:00)
Bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq.
Bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 8 iyul /Trend/

Bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, iyulun 8-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin "Alatava" və "Sulutəpə", Ağdaş Magistral qaz kəmərləri sahəsinin "Göyçay-1", "Göyçay-3", "Şəmsabad", "Qəbələ", "Dəhnəxəlil", eləcə də "Ağdaş" və Ağdam Magistral qaz kəmərləri sahəsinin "Bərdə", "Kətəlparaq", "Tərtər" və "Azadqaraqoyunlu", həmçinin Astara Magistral qaz kəmərləri sahəsinin "Ərçivan" Qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Təmir müddətində Astara rayonunun Ərçivan və Kijəba kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhərinin Yasamal və Binəqədi rayonlarının, eləcə də Bərdə, Tərtər, Ağdam, Ağdaş, Göyçay və Qəbələ rayonlarının bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti