...

Dekanlar üçün təlimlər başladı

Cəmiyyət Materials 9 İyul 2015 14:32 (UTC +04:00)
Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil müəssisələrinin dekanları üçün “Tədrisin təşkili” adlı təlim proqramın icrasına başlanılıb.
Dekanlar üçün təlimlər başladı

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil müəssisələrinin dekanları üçün "Tədrisin təşkili" adlı təlim proqramın icrasına başlanılıb.

Universitetdən Trend-ə verilən məlumata görə, universitetin rektoru, professor Ədalət Muradov bildirib ki, təlimin məqsədi universitet tədrisinin dekanlıq səviyyəsində modelini qurmaq, təhsilin keyfiyyətinin artırılmasına xidmət edən kadr potensialının gücləndirilməsi və qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün zəmin yaratmaqdır. Təlim proqramı dekanların peşəkarlığının, səriştəlilik səviyyəsinin yüksəldilməsinə, sağlam rəqabətin formalaşmasına müsbət təsir edəcək: "Dekanların iş prosesində qarşılaşdıqları problemləri birgə müzakirə etmək imkanı yaranacaq. Problem yaradan məqamları aradan qaldırmaq üçün təkliflər hazırlanıb Təhsil Nazirliyinə göndəriləcək".

Ə.Muradov deyib ki, təlimdə Bolonya prosesi və Avropa təhsil sisteminin formalaşması, qanunvericilik, ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkilinə dair normativ-hüquqi sənədlər haqqında fikir mübadiləsi aparılacaq: "Fakültələrdə tədris işinin təşkili və təkmilləşdirilməsi, tədris prosesi, tədris-metodiki təminat, ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi və universitetdə nizam-intizam qaydaları barədə müzakirələr keçiriləcək. Təlimlər beş gün davam edəcək və sonda iştirakçılara sertifikatlar veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti