...

Nazir: "Böyük ümid və səbirsizliklə Beynəlxalq Kimya Olimpiadasını gözləyirik"

Cəmiyyət Materials 10 İyul 2015 16:09 (UTC +04:00)
Biz həm təşkilati, həm də şagirdlərin akademik nailiyyətləri baxımından böyük ümid və səbirsizliklə Beynəlxalq Kimya Olimpiadasının başlamasını gözləyirik.
Nazir: "Böyük ümid və səbirsizliklə Beynəlxalq Kimya Olimpiadasını gözləyirik"

Azərbaycan, Bakı, 10 iyul /Trend/

"Biz həm təşkilati, həm də şagirdlərin akademik nailiyyətləri baxımından böyük ümid və səbirsizliklə Beynəlxalq Kimya Olimpiadasının başlamasını gözləyirik. Çünki bir qayda olaraq belə olimpiadalar çox istedadlı şagirdlərin aşkarlanmasına və onların gələcək elmə və peşəkar karyeralarına qədəm qoymasına səbəb olacaq".

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, iyulun 21-dən başlayaraq ölkədə Beynəlxalq Kimya Olimpiadası keçiriləcək: "Bu, ümumtəhsil məktəblərinin yuxarı sinifləri arasında keçiriləcək bir tədbir olacaq. Möhtəşəm tədbirə dünyanın bir çox ölkələrindən komandalar qatılacaq və həmin yarışlarda Azərbaycan komandası da iştirak edəcək".

Onun sözlərinə görə, bu istiqamətdə son illərdə xüsusi təşkilat komitəsi yaradılıb: "Təşkilat komitəsinə Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva rəhbərlik edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti