...

Azərbaycanda yol qəzalarında ölən və yaralananların statistikasında ciddi dəyişiklik var

Cəmiyyət Materials 10 İyul 2015 18:27 (UTC +04:00)
Respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayının 20 mindən çox artması fonunda yol-nəqliyyat hadisələrinin sayı 14,1 faiz, qəzalarda həlak olanların sayı 20,5 faiz, xəsarət alanların sayı isə 9,5 faiz azalıb.
Azərbaycanda yol qəzalarında ölən və yaralananların statistikasında ciddi dəyişiklik var

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İlkin İzzət/

Respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayının 20 mindən çox artması fonunda yol-nəqliyyat hadisələrinin sayı 14,1 faiz, qəzalarda həlak olanların sayı 20,5 faiz, xəsarət alanların sayı isə 9,5 faiz azalıb.

Trend xəbər verir ki, bunu daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov bu gün Daxili İşlər Nazirliyində (DİN) 2015-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında bildirib.

Nazir müavini qeyd edib ki, hadisələrin, qəzalar nəticəsində ölənlərin və xəsarət alanların sayının azalmasını şərtləndirən amillər sırasında onların baş verməsinə səbəb olan xarakterik halların aradan qaldırılması, xüsusən inzibati xətaların aşkarlanmasının yaxşılaşması olub: "Belə ki, 2014-cü ilin 6 ayı ilə müqayisədə hesabat dövründə 12,5 faiz çox və ya 1.122.498 müvafiq qayda pozuntusu müəyyən edilib, o cümlədən şüşələrinə pərdə və plyonka çəkilmiş 3636 avtomobil sürücüsü, avtoxuliqanlığa görə 214 nəfər barəsində qanunauyğun tədbirlər görülüb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti