...

Azərbaycanda dərmanlar üçün nəzarət markasının alınmasına görə ödəniş məbləği müəyyən edilib

Cəmiyyət Materials 11 İyul 2015 10:37 (UTC +04:00)
Azərbaycanda dini təyinatlı dərman preparatları və materialları üçün nəzarət markasının alınmasına görə simvolik məbləğ müəyyənləşdirilib.
Azərbaycanda dərmanlar üçün nəzarət markasının alınmasına görə ödəniş məbləği müəyyən edilib

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir Azad Həsənli/

Azərbaycanda dini təyinatlı materiallar və dərman preparatları üçün nəzarət markasının alınmasına görə simvolik məbləğ müəyyənləşdirilib.

Trend-in rəsmi mətbuata istinadən verdiyi məlumata görə, müvafiq dəyişiklik ölkənin Nazirlər Kabineti tərəfindən qəbul edilib.

Belə ki, dərmanlar üçün nəzarət markasının alınması məqsədilə ödəniş məbləği 0,01 manat, dini təyinatlı materiallar üçün isə 0,02 manat təşkil edəcək.

Qeyd edək ki, daha əvvəl Azərbaycanda audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu və kitab nüsxələrinə qarşı tətbiq edilən 0,15 manat həcmində vahid ödəniş məbləği müəyyən edilmişdi.

Nazilər Kabineti, həmçinin daha əvvəl "Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları"nda dəyişikliklər edib, dəyişikliklərə əsasən, Səhiyyə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzarət markasının alınmasına görə ödəniş etməli olan strukturlarına siyahısına daxil edilib.

Bunadək isə ərizəçi Müəllif Hüquqları Agentliyinə haqq ödəyirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti