...

Bakıda əsən güclü şimal küləyi sabahdan mülayimləşəcək

Cəmiyyət Materials 13 İyul 2015 13:05 (UTC +04:00)
Bakıda əsən güclü şimal küləyi sabah günortadan sonra mülayimləşəcək.
Bakıda əsən güclü şimal küləyi sabahdan mülayimləşəcək

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Bakıda əsən güclü şimal küləyi sabah günortadan sonra mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, iyulun 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında külək mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 20-24, gündüz 26-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 14-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi dağlıq yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-37, dağlarda gecə 13-18, gündüz 26-31 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti