...

“28 Cinema”dan yay endirimi

Cəmiyyət Materials 15 İyul 2015 11:03 (UTC +04:00)
Kinoteatr Platinum zalına 50% endirim təqdim edir.
“28 Cinema”dan yay endirimi

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Kinoteatr Platinum zalına 50% endirim təqdim edir.

Azərbaycanın premium kinoteatrı "28 Cinema" yay endirim aksiyasına start verir. Kinoteatrdan Trend-ə verilən məlumata görə, artıq kinoteatrın premium zalına ikiqat ucuz bilet almaq mümkün olacaq. Belə ki, "28 Cinema", "Platinum Movie Suites" zalına bazar ertəsi - çərşənbə günləri saat 18:00 kimi olan bütün seanslara 50% endirim elan edir.

"Platinum Movie Suites" - "28 Cinema" kinoteatrının lyuks zalıdır. Zal 30 nəfərlik tam arxaya açılan dəridən hazırlanmış və şəxsi masası ilə təchiz olunmuş kreslo ilə müştərilərə maksimum rahat və komfortlu mühit yaradır. Bundan başqa oturacaqlar bu kinozalda qeyri-məhdud baxış imkanı yaratmaq üçün yaruslar ilə yerləşdirilib.

"Platinum Movie Suites" kinozalı tamamilə möhtəşəmliyi və üstünlüyü ilə bərabər həmçinin yüksək səviyyəli xidmət təqdim edir. Xüsusi çağırış xidmətinin köməyi ilə müştəri içki və qəlyanaltıları film nümayişi zamanı istədiyi vaxt sifariş edə bilər.

"28 Cinema" kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. "28 Cinema" "PLATINUM MOVIE SUITES" zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində "Blackberry" restoranı yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti