...

AMEA prezidenti elmi yenilikləri işıqlandıran jurnalistlərə təşəkkürünü bildirib

Cəmiyyət Materials 15 İyul 2015 11:53 (UTC +04:00)
"AMEA-nın fəaliyyət göstərdiyi 70 il ərzində onun mətbuatla əlaqələri o qədər də böyük olmayıb. Hazırda akademiya ilə KİV-lər arasında əlaqələr yaradılsa da, bu əlaqələr yenə də güclü deyil".
AMEA prezidenti elmi yenilikləri işıqlandıran jurnalistlərə təşəkkürünü bildirib

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

"AMEA-nın fəaliyyət göstərdiyi 70 il ərzində onun mətbuatla əlaqələri o qədər də böyük olmayıb. Hazırda akademiya ilə KİV-lər arasında əlaqələr yaradılsa da, bu əlaqələr yenə də güclü deyil".

Trend-in məlumatına görə, bunu Milli Mətbuatımızın 140 illik yubileyi münasibətilə "Elm və media: multidisiplinar istiqamətlər və perspektivlər" mövzusunda keçirilən elmi-praktik konfransda çıxışı zamanı deyib.

Akademiya prezidentinin sözlərinə görə, hər bir elmi yenilik mətbuatda işıqlandırılmalıdır: "Amma hər bir məlumat yoxlanılaraq yazılmalıdır. Bu məsələdə tələsmək bir qədər nöqsanlara gətirib çıxarır".

A.Əlizadə qeyd edib ki, son zamanlar akademiyada islahatlar da az keçirilməyib: "Son iki il ərzində KİV-lər bu islahatları, eləcə də AMEA-da keçirilən seçkiləri, Elm Festivalını yaxşı işıqlandırıblar".

Akademiya prezidenti buna görə jurnalistlərə təşəkkürünü bildirib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə deyib ki, "Əkinçi" qəzetinin yaradılması ilə xalqın milli təfəkkürü oyanıb: "O dövrü Azərbaycanın siyasi intibahının başlanğıcı kımi qiymətləndirmək olar. "Əkinçi"dən sonra "Həyat", "Molla Nəsrəddin", "Fyuzat", "Yeni həyat" Azərbaycan xalqının kimliyi məsələsini yeni bir mərhələyə qaldırdı".

Ə.Amaşov deyib ki, XX əsrdə milli azadlıq hərəkatının başlanmasında jurnalistikanın böyük rolu olub.

Jurnalistikada elmi jurnalistikanın mühüm rol oynadığını deyən MŞ sədri bu gün Azərbaycanda elmdən yazan jurnalistlərin sayının az olduğunu söyləyib: "Elmi jurnalistikanı kütləviləşdirmək üçün jurnalistlər arasında bu mövzu üzrə müsabiqələrin keçirilməsi də rol oynaya bilər".

Ə.Amaşovun sözlərinə görə, mətbuat xidmətləri arasında aparılan monitorinqlərin nəticələri AMEA-nın mətbuat xidmətinin daha fəal işlədiyini göstərib. Son illərdə AMEA tərəfindən yayımlanan elmi xəbərlərin sayı da artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti