...

Məktəblilərimiz Beynəlxalq Riyaziyyat Olimpiadasında medal qazandılar

Cəmiyyət Materials 15 İyul 2015 17:24 (UTC +04:00)
Azərbaycan məktəbliləri Taylandın Çanq Mai şəhərində 56-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında bürünc medal qazanıblar.
Məktəblilərimiz Beynəlxalq Riyaziyyat Olimpiadasında medal qazandılar

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan məktəbliləri Taylandın Çanq Mai şəhərində 56-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında bürünc medal qazanıblar.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, olimpiadada Azərbaycan komandasının üzvləri Məhəmməd Şirinov və Fərid Həsənli bürünc medal qazanıblar. Mirəli Əhmədli, Tahir Nadirov, Anar Hüseynov və Fərman Dumanov isə həvəsləndirici yerlərə layiq görülüblər.

Nazirlikdən bildirilib ki, istedadlı şagirdlərin seçilib inkişaf etdirilməsinə xüsusi diqqət göstərilir. Belə ki, nazirliyin birbaşa tabeliyində olan lisey və gimnaziyalarda Olimpiada mərkəzləri açılıb. Olimpiada mərkəzləri xüsusi istedadı ilə seçilən məktəblilərin yerli və beynəlxalq olimpiadalara hazırlanması məqsədilə fəaliyyət göstərir. Həmçinin, bu tədris ocaqlarına mərkəzləşdirilmiş qaydada VI, VII, VIII sinif şagirdlərinin qəbul imtahanları keçirilib. Bu imtahanların keçirilməsində məqsəd xüsusi istedadlı şagirdlərin aşkara çıxarılması və onların fərqli proqramlar əsasında keyfiyyətli təhsillə təmin edilməsindən ibarətdir.

Bu ildən etibarən Respublika Fənn Olimpiadalarının keçirilməsində də bir sıra yeniliklər tətbiq olunub. Belə ki, əvvəlki illərdən fərqli olaraq, şəffaflığı və ədalətli qiymətləndirməni təmin etmək üçün olimpiada sualları açıq şəkildə deyil, ilkin mərhələdə test sınağı formasında tətbiq olunub. Fənn olimpiadalarının tarixində ilk dəfə olaraq, iştirakçılar arasında hər fənn üzrə "birincilərin birincisi" nominasiyası üzrə qalib müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti