...

Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq

Cəmiyyət Materials 21 İyul 2015 13:30 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq.
Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 22-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-23, gündüz 27-32 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti