...

Azərbaycanda 400-dən çox vəzifəli şəxs cərimələndi

Cəmiyyət Materials 24 İyul 2015 15:54 (UTC +04:00)
Azərbaycan Maliyyə Nazirliyi bu ilin birinci yarısında apardığı yoxlamalar nəticəsində büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermiş 428 nəfər vəzifəli şəxsi cərimələyib.
Azərbaycanda 400-dən çox vəzifəli şəxs cərimələndi

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Maliyyə Nazirliyi bu ilin birinci yarısında apardığı yoxlamalar nəticəsində büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermiş 428 nəfər vəzifəli şəxsi cərimələyib.

Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu şəxslər 263,8 min manat məbləğində cərimələnib. Həmin cərimə məbləğlərinin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Bununla yanaşı, əvvəlki dövrlərdə Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən büdcə təşkilatlarında aparılmış yoxlamalarla aşkar olunmuş artıq və əsassız ödənişlərin 21,85 min manatının dövlət büdcəsinə bərpası təmin edilib.

Göstərilənlərdən əlavə, Azərbaycan Baş Prokurorluğunun məktubları ilə Maliyyə Nazirliyinə göndərilmiş qərarlarda və həmin məktublarda göstərilən sahə və suallar Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən yoxlanılıb və cəmi 450,21 min manat məbləğində mənimsəmə halları aşkar olunaraq yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Azərbaycan Baş Prokurorluğuna göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti