...

Sabah Bakıda gilavar əsəcək

Cəmiyyət Materials 25 İyul 2015 12:28 (UTC +04:00)
Sabah Bakıda cənub küləyi əsəcək.
Sabah Bakıda gilavar əsəcək

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Bakıda cənub, bəzi rayonlarda isə arabir güclənən şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 26-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 21-25, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacaq, yağış yağacaq. Bəzi rayonlarda arabir güclənən şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti