...

Həftənin ilk günü bəzi yerlərdə temperatur 40 dərəcəyədək yüksələcək

Cəmiyyət Materials 26 İyul 2015 14:17 (UTC +04:00)
İyulun 27-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək.
Həftənin ilk günü bəzi yerlərdə temperatur 40 dərəcəyədək yüksələcək

Azərbaycan, Bakı, 26 iyul /Trend/

İyulun 27-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-25°, gündüz 31-36° isti olacağı gözlənilir.

Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Şıx və Sahildə 26-27° isti təşkil edəcək.

Azərbaycan rayonlarında gün ərzində hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25° isti, gündüz 33-38° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23° isti, gündüz 35-40° isti olacağı gözlənilir.

Dağlarda gecə 12-17° isti, gündüz 27-32° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti