...

TQDK II və III qrup üzrə keçirilən qəbul imtahanlarının nəticələrinin elan ediləcəyi vaxtı açıqlandı

Cəmiyyət Materials 27 İyul 2015 11:40 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiaysı iyulun 25-də II və III ixtisas qrupları üzrə (cari ilin məzunları üçün) keçirilmiş qəbul imtahanının nəticələrinin bu gün axşam saatlarında elan etməyi nəzərdə tutur.
TQDK II və III qrup üzrə keçirilən qəbul imtahanlarının nəticələrinin elan ediləcəyi vaxtı açıqlandı

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 25-də II və III ixtisas qrupları üzrə (cari ilin məzunları üçün) keçirilmiş qəbul imtahanının nəticələrini bu gün axşam saatlarında elan etməyi nəzərdə tutur.

Komissiyadan Trend-ə verilən məlumata görə, nəticələr elan olunduqdan sonra abituriyentlər imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.

Müsabiqə şərtlərinə əsasən I, II, III və IV qruplar üzrə müsabiqədə ümumi balı 200-dən, hər bir fənn üzrə minimal balı 10-dan az olamayan abituriyentlər iştirak edə bilərlər.

Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 30-dan avqustun 11-dək aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti