...

Azərbaycanda istilər davam edəcək

Cəmiyyət Materials 27 İyul 2015 14:13 (UTC +04:00)
Azərbaycanda isti hava şəraiti yaxın 3 gün ərzində də müşahidə ediləcək.
Azərbaycanda istilər davam edəcək

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda isti hava şəraiti yaxın 3 gün ərzində də müşahidə ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, ölkənin bəzi ərazilərində-Mərkəzi Aran rayonları və Naxçıvan Muxtar Respublikasında ardıcıl isti havalar davam edəcək.

Yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında günəşli hava şəraiti müşahidə ediləcək. İyulun 28-də gündüz saatlarında havanın temperaturu 35-39, iyulun 29-da 35-38 dərəcə isti olacaq. Yaxın günlərdə ölkə ərazisində mülayim şimal küləyi üstünlük təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Havanın temperaturu Aran rayonlarında gündüz 35-40, dağlarda 27-33 dərəcə isti olacaq.

A.Verdiyev bildirib ki, Bakıda və Abşeron yarımadasında gözlənilən temperatur iqlim normasına yaxındır. Ölkə üzrə isə hazırda müşahidə edilən və yaxın günlər üçün gözlənilən temperatur iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Baş hidroloq deyib ki, Bakıda və Abşeron yarımadasında iyulun I ongülüyndə bir qədər isti hava şəraiti müşahidə edilsə də, ümumilikdə iyul ayı ərzində elə güclü istilər olmayıb. İyulun II ongünlüyündə və III ongünlüyün əvvəlində qeyri-sabit hava şəraiti müşahidə edilib. Yalnız iyulun son günlərində yüksək temperatur qeydə alınıb ki, belə hava şəraiti də ötən illərdə müşahidə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti