...

"Siqaretsiz həyat" şüarı ilə şimal sərhədinədək piyada (FOTO)

Cəmiyyət Materials 28 İyul 2015 17:23 (UTC +04:00)
Azercell-in sosial layihələri davam edir.
"Siqaretsiz həyat" şüarı ilə şimal sərhədinədək piyada (FOTO)

Azərbaycan, Bakı, 28 iyul /Trend/

Yarandığı gündən etibarən coxsaylı sosial layihələr həyata keçirən "Azercell Telekom" MMC bu gün də bu yöndə fəaliyyətini davam etdirir.

Şirkətin ötən ildən etibarən həyata keçirdiyi "Siqaretsiz həyat daha gözəldir" sosial layihəsi sağlam həyat tərzinə dəstək olmaqda davam edir. 24-27 iyul tarixləri ərzində bu sosial layihənin şüarı altında 2 nəfər gənc - Adil Məmmədli və Rüfət Nəcəfov Bakıdan respublikanın şimal sərhədinədək qaçış edərək siqaretə "yox" deyib. Bakı-Şabran-Quba-Qusar-Samur buraxılış məntəqəsi istiqamətində marafon qaçışı edən gənclər bu təşəbbüslə hər il dünyada minlərlə insanın ölümünə səbəb olan siqaretdən uzaq durmağa səsləyib. "Azercell" şirkəti bu təşəbbüsün telekommunaksiya dəstəkçisi olaraq bu müddət ərzində gənclərə yaxınları ilə həm sərbəst şəkildə rabitə əlaqəsi qura bilməsinə, həm də GPS və mobil internetin digər xidmətlərindən yararlanmasına yardım edib.

Xatırladaq ki, keçən il "Azercell Telekom" şirkəti öz əməldaşları arasında eyniadda sosial layihə həyata keçirib. Kampaniya çərçivəsində şirkətin hər bir işçisinə üzərində siqaretin zərərli vərdiş olmasını əks etdirən stiker və stressbol hədiyyə olunub. "Azercell-lə həyat daha gözəldir" deyən şirkət əməkdaşları bir günlərini "Siqaretsiz həyat daha gözəldir" aksiyasına həsr ediblər. Kampaniyaya qoşulan "Azercell" əməkdaşları həmçinin öz həmkarları və tanışlarını da sosial şəbəkələr vasitəsilə siqareti tərgitməyə dəvət ediblər. Kampaniya iştirakçıları sosial şəbəkələrdə paylaşılan statuslarda #Siqaretsiz heşteqindən yararlanıb.

Azərbaycanın qabaqcıl korporativ sosial məsuliyyətli şirkətlərindən olan Azercell daim ətraf mühit və sağlamlığa faydalı olan layihələr həyata keçirməkdə davam edəcək.

Daha ətraflı məlumat üçün: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti