...

DSMF sədri Elman Mehdiyev Şamaxıda vətəndaş qəbulu keçirəcək

Cəmiyyət Materials 29 İyul 2015 10:55 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondunun DSMF)sədri Elman Mehdiyev Şamaxıda 5 rayonun sakinləri üçün qəbul keçirəcək.
DSMF sədri Elman Mehdiyev Şamaxıda vətəndaş qəbulu keçirəcək

Azərbaycan, Bakı, 29 iyul /Trend/

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Şamaxıda 5 rayonun sakinləri üçün qəbul keçirəcək.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumatda bildirilir ki, Fondun sədri E.Mehdiyev avqustun 3-də, saat 11:00-da Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Kürdəmir rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34
Şamaxı rayon şöbəsində (02026) 5-14-15
Qobustan rayon şöbəsində (02024) 5-22-30
İsmayıllı rayon şöbəsində (02028) 5-31-48
Ağsu rayon şöbəsində (02022) 6-51-07
Kürdəmir rayon şöbəsində (02025) 5-02-07

Qəbulda iştirak edəcək vətəndaşların avqustun 3-də Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti