...

Müdafiə Nazirliyinin əməkdaşları barəsində cinayət işi başlayıb

Cəmiyyət Materials 29 İyul 2015 12:06 (UTC +04:00)
Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının əməkdaşları haqqında kütləvi informasiya vasitələrində yayılan xəbərlərlə bağlı bildiririk ki, inspeksiyanın əməkdaşları hərbi xidmət vəzifələrinin icrası zamanı yol verdikləri ciddi qanun pozuntularına görə Müdafiə Nazirliyi rəhbərliyinin göstərişi əsasında müvafiq araşdırma aparılmış və toplanmış materiallar qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.
Müdafiə Nazirliyinin əməkdaşları barəsində cinayət işi başlayıb

Azərbaycan, Bakı, 29 iyul /Trend/

Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının əməkdaşları haqqında yayılan xəbərlərlə bağlı bildirir ki, inspeksiyanın əməkdaşları hərbi xidmət vəzifələrinin icrası zamanı yol verdikləri ciddi qanun pozuntularına görə Nazirliyin rəhbərliyinin göstərişi əsasında araşdırma aparılıb və toplanılan materiallar qanunamüvafiq tədbir görülməsi üçün Baş Prokurorluğa göndərilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmin materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılıb və hazırda istintaq aparılır.

Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandanın qeyd etdiyi kimi tutduğu vəzifədən, keçmiş xidmətlərindən asılı olmayaraq xidmət dövründə yol verdiyi qanun pozuntularına görə hər kəs qanun qarşısında məsuliyyət daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti