...

Sabah Bakıda havanın temperaturu 40 dərəcəyə kimi yüksələcək

Cəmiyyət Materials 29 İyul 2015 12:50 (UTC +04:00)
Ölkə ərazisində günəşli, isti hava şəraiti yaxın 2-3 gün ərzində də müşahidə ediləcək.
Sabah Bakıda havanın temperaturu 40 dərəcəyə kimi yüksələcək

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Ölkə ərazisində günəşli, isti hava şəraiti yaxın 2-3 gün ərzində də müşahidə ediləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 30-da hava günəşli olacaq. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 23-26, gündüz 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti