...

"Windows 10" pulsuzdur

Cəmiyyət Materials 29 İyul 2015 18:44 (UTC +04:00)
Yeni "Microsoft Windows 10" əməliyyat sistemi azərbaycanlı istifadəçilər üçün pulsuz yenilənmə qismində əlçatan olub.
"Windows 10" pulsuzdur

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir Hüseyn Vəliyev/

Yeni "Microsoft Windows 10" əməliyyat sistemi Azərbaycan istifadəçiləri üçün pulsuz yenilənmə qismində əlçatan olub. Bunu Trend-ə "Microsoft Azerbaijan" şirkətindən deyiblər.

Şirkətin məlumatına əsasən, əməliyyat sistemindən 190 ölkədə pulsuz yenilənmə qismində istifadə etmək mümkündür. Yenilənmə "Windows 7", "Windows 8.1" və "Windows Phone 8.1" lisenziyalı əməliyyat sistemlərinin istifadəçiləri üçün nəzərdə tutulub.

Şirkətdən deyiblər ki, istifadəçilər bu gündən etibarən quraşdırmaq üçün "Windows 10" yenilənməsinin əlçatan olması barədə bildiriş alacaqlar.

"Windows 10" əməliyyat sisteminin dil paketi Azərbaycan dilinə çevrilib. Yeni dil paketi 1,5 mindən çox yeni termindən təşkil edilib.

Hazırda Azərbaycan dilinə lokallaşdırılmış "Microsoft" məhsulları sırasına aşağıdakılar daxildir: "Windows XP", "Windows Vista", "Windows 7", "Windows 8" əməliyyat sistemləri, eləcə də "Microsoft Office"in bütün ofis paketləri.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti