...

Azərbaycanda hotellərlə turizm şirkətlərinin əməkdaşlığı: kim kimə güzəştə getməlidir?

Cəmiyyət Materials 30 İyul 2015 14:49 (UTC +04:00)
Apardılan təhlillər göstərir ki, Azərbaycanda hotellər qiymət siyasətində turizm şirkətlərinə çox az güzəştə gedirlər, bəzən isə ümumiyyətlə güzəştə getmirlər.
Azərbaycanda hotellərlə turizm şirkətlərinin əməkdaşlığı: kim kimə güzəştə getməlidir?

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Aparılan təhlillər göstərir ki, Azərbaycanda hotellər qiymət siyasətində turizm şirkətlərinə çox az güzəştə gedirlər, bəzən isə ümumiyyətlə güzəştə getmirlər.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Assosiasiya rəsmisi qeyd edib ki, dünya praktikasında hotellər turizm şirkətlərinə çox güzəşt edirlər: "Bu isə turizm şirkətlərinin qiymət siyasətinə əsaslı şəkildə müsbət təsir göstərir".

M.Ağakərimov deyib ki, xarici ölkələrdə tətbiq edilən belə əməkdaşlığın nəticəsidir ki, turistin turizm şirkətindən sifariş edib aldığı hotel nömrəsinin qiyməti ilə özünün sərbəst şəkildə aldığı nömrənin qiymətləri arasındakı fərq özünü göstərir: "Turizm şirkətindən tur paket alan turist mehmanxanaya getdiyi zaman özü həmin qiymətə otaq nömrəsi ala bilmir. Amma turizm şirkəti vasitəsilə yeri aşağı qiymətə çox güzəştli şərtlərlə ala bilir. Bu, turizm şirkətləri və hotellər arasında əməkdaşlıq müqavilələrinin bağlanması və həyata keçirilən düzgün qiymət siyasətinin nəticəsində mümkün olur".

AzTA rəsmisi bildirib ki, Azərbaycanda da qiymət siyasətini düzgün həyata keçirmək üçün turizm şirkətləri ilə hotellərin birgə əməkdaşlığı lazımdır: "Onlar bir-biriləri ilə əməkdaşlıq şəraitində işləməlidirlər".

M.Ağakərimovun sözlərinə görə, AzTA turizm şirkətləri və hotellər arasında olan bu mahiyyətli problemləri həll etmək məqsədilə yaxın vaxtlarda hər iki tərəfin nümayəndələrinin iştirakı ilə birgə toplantı keçirməyi və həmin məsələləri birlikdə müzakirə etməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti