...

Xəzər rayonunda hesabat verildi (FOTO)

Cəmiyyət Materials 30 İyul 2015 18:29 (UTC +04:00)
Bu gün Xəzər rayonunda 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat yığıncağı keçirilib.
Xəzər rayonunda hesabat verildi (FOTO)

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Bu gün Xəzər rayonunda 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat yığıncağı keçirilmişdir. Hesabat iclasında Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Milli Məclisin üzvü Rauf Əliyev, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, müxtəlif idarə və müəssisələrin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı G.İslamov iclası giriş sözü ilə açaraq bildirib ki, hesabat dövründə bütün respublikada olduğu kimi Xəzər rayonunun sosial-iqtisadi sahələrində də dinamik inkişaf davam etmiş, əsas göstəricilər üzrə müsbət nəticələr əldə edilib.

Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev rayonunun 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış etdi. A.Balayev çıxışında 2015-ci ilin birinci yarısında rayonun sosial-iqtisadi göstəricilərinin müsbət olduğunu, Dövlət proqramları çərçivəsində və müxtəlif maliyyə mənbələri hesabına yeni infrastruktur layihələrin həyata keçirilməsini, daxili yolların inşası, əhalinin elektrik enerjisi, təbii qaz və su təchizatının yaxşılaşdırılması, mənzil fondunun saxlanılması, sosial əhəmiyyətli obyektlərin tikintisi, yaşayış məntəqələri və küçələrin abadlaşdırılması üzrə xeyli işlər görüldüyünü vurğulayıb.

Daha sonra məruzə ətrafında millət vəkili Rauf Əliyev, rayon Statistika idarəsinin rəisi Təranə Babayeva, Xəzər rayon Dövlət Sosial Müdafiə Fondunun rəisi Şakir Nuriyev və Tağıyev adına NQÇİ-nin rəisi Salman Əliyev çıxış ediblər. R.Əliyev öz çıxışında 2015-ci ilin 1-ci yarım ili ərzində rayonda həyata keçirilən sosial layihələrdən danışıb və ümumilikdə rayon üzrə sosial iqtisadi inkişafın yekunlarını yüksək qiymətləndirib. Daha sonra o, qarşıda duran vəzifələrdən danışdı və mövcud olan bəzi sosial məsələlərin həlli üçün müvafiq tədbirlərin görülməsinin vacibliyini vurğulanıb.

G.İslamov Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin Sərəncamı ilə Dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunan rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşı Elxan Axundovu təbrik edərək medalı ona təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti