...

TQDK sədri: "Niyə o zaman kimsə demədi ki, sınaq imtahanlarındakı suallar asandır"

Cəmiyyət Materials 31 İyul 2015 15:52 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında maksimum nəticə - 700 bal toplayanların sayının ötən illərlə müqayisədə artması səbəbinin imtahanda təqdim edilən test suallarının mürəkkəblik səviyyəsinin azalması ilə əlaqələndirilməsi barədə səslənən fikirlərə münasibət biıdirib.
TQDK sədri: "Niyə o zaman kimsə demədi ki, sınaq imtahanlarındakı suallar asandır"

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında maksimum nəticə - 700 bal toplayanların sayının ötən illərlə müqayisədə artması səbəbinin imtahanda təqdim edilən test suallarının mürəkkəblik səviyyəsinin azalması ilə əlaqələndirilməsi barədə səslənən fikirlərə münasibət biıdirib.

Trend-in məlumatına görə, TQDK-nın sədri Məleykə Abbaszadə bu gün jurnalistlərə bildirib ki, builki qəbul imtahanları ilə bağlı model testlər hələ bir müddət əvvəl ictimaiyyətə açıqlanıb, eyni zamanda, sınaq imtahanlarında istifadə edilib: "Sınaq imtahanlarının sualları, 1 və 2 saylı "Abituriyent" jurnallarında təqdim etdiyimiz model testlər ictimaiyyətin əlindədir. Biz apreldə ilkin sınaq imtahanları keçirdik. O zaman model testlər var idi. Niyə o zaman kimsə demədi ki, yanvarda çap etdiyiniz model testlərlə aprel ayında apardığınız imtahanlarda təqdim edilən test sualları arasında fərq var, sınaq imtahanlarındakı suallar asandır".

M.Abbaszadə əlavə edib ki, imtahanlar bitdikdən sonra - sentyabrın 15-dən başlayaraq qəbul imtahanlarının nəticələri, orada istifadə edilən suallar elmi-metodik seminarlarda müzakirə edilir: "İmtahanda istifadə olunan bütün suallar, o suallara neçə faiz abituriyent cavab verib, neçə faiz imtina edib, hansı tipik səhvlər olub - bütün bunlar müzakirə olunur. Bundan sonra ümumi variantın bütün proqramı nə dərəcədə əhatə etməsi məsələsinə baxılır. Bu məsələlərin hamısı elmi-metodik suallardır və küçədən keçən bir insan bununla əlaqədar hansısa fikir söylədikdə, bunu ictimai fikir kimi yaymaq düzgün deyil. Bu, ən azı səthi yanaşmadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti