...

Bakıda temperatur iqlim normasından 3-4 dərəcə çoxdur

Cəmiyyət Materials 1 Avqust 2015 14:03 (UTC +04:00)
Hazırda Bakıda və Abşeron yarımadasında qeydə alınan havanın temperaturu iqlim normasından 3-4 dərəcə yüksəkdir.
Bakıda temperatur iqlim normasından 3-4 dərəcə çoxdur

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Hazırda Bakıda və Abşeron yarımadasında qeydə alınan havanın temperaturu iqlim normasından 3-4 dərəcə yüksəkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova Trend-ə bildirib ki, hazırda müşahidə edilən hava şəraiti anomaldır.

Avqustun 5-dək belə anomal hava şəraitinin müşahidə ediləcəyini xatırladan G.Məmmədova bildirib ki, əvvəlki illərdə avqust ayında da belə hava şəraiti müşahidə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti