...

Beynəlxalq İnformatika Olimpiadası Bakıda keçiriləcək

Cəmiyyət Materials 2 Avqust 2015 21:53 (UTC +04:00)
Beynəlxalq İnformatika Olimpiadası 2019-cu ildə Bakıda keçiriləcək.
Beynəlxalq İnformatika Olimpiadası Bakıda keçiriləcək

Azərbaycan, Bakı, 2 avqust /Trend/

Beynəlxalq İnformatika Olimpiadası 2019-cu ildə Bakıda keçiriləcək.

Trend-in Kazinform agentliyinə istinadən verdiyi məlumata görə, bunu Olimpiadanın prezidenti Krassimir Manev bildirib.

Onun sözlərinə görə, bu gün idarə heyətinin iclasında gələcək olimpiadaların keçiriləcək yerlərin adları açıqlanıb. 2019-cu ildə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasını Azərbaycan qəbul edəcək.

2020-ci ildə isə Olimpadaya Sinqapur ev sahiblik edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti