...

Bakıdan Sumqayıta qatarla: daha tez və daha ucuz

Cəmiyyət Materials 3 Avqust 2015 12:59 (UTC +04:00)
Bakı və Sumqayıt arasında açılacaq dəmiryol xətti üzrə gediş haqqı bu marşruta görə hazırkı gediş haqqından ucuz olacaq.
Bakıdan Sumqayıta qatarla: daha tez və daha ucuz

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir Azad Həsənli/

Bakı və Sumqayıt arasında açılacaq dəmiryol xətti üzrə gediş haqqı bu marşruta görə hazırkı gediş haqqından ucuz olacaq. Trend-in məlumatına əsasən, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

O bildirib ki, hesablamalara görə, hazırda insanlar Bakıdan Sumqayıta getmək üçün təqribən 1,2 manat sərf edir: "Bakı-Sumqayıt marşrutu üzrə birbaşa sürət qatarı işə düşəndən sonra gediş haqqı daha ucuz olacaq".

C.Qurbanov qeyd edib ki, ilkin mərhələdə marşrutdan təqribən 20-30 min nəfər istifadə edə biləcək: "Gələcəkdə bu göstəricinin 100 mini ötəcəyi gözlənilir".

Onun sözlərinə görə, dəmiryolun açılışı sentyabrın 15-dən gec olmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti