...

Sabah Azərbaycanın bəzi yerlərində temperatur 43 dərəcəyə yüksələcək

Cəmiyyət Materials 3 Avqust 2015 12:56 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 43 dərəcəyə yüksələcək.
Sabah Azərbaycanın bəzi yerlərində temperatur 43 dərəcəyə yüksələcək

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 43 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 4-də hava günəşli olacaq. Gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 24-27, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 27-28, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 28-29, Türkan, Hövsan, Şıx, Sahildə 29-30 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 43, dağlarda gecə 17-22, gündüz 29-34 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti