...

Tovuz, Ağstafa, Qazax, Şəmkir və Gədəbəy sakinlərinin nəzərinə

Cəmiyyət Materials 4 Avqust 2015 15:11 (UTC +04:00)
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il avqustun 14-də saat 11:00-da Tovuz rayon prokurorluğunun inzibati binasında Tovuz, Ağstafa, Qazax, Şəmkir və Gədəbəy rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.
Tovuz, Ağstafa, Qazax, Şəmkir və Gədəbəy sakinlərinin nəzərinə

Azərbaycan, Bakı, 4 avqust /Trend/

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il avqustun 14-də saat 11:00-da Tovuz rayon prokurorluğunun inzibati binasında Tovuz, Ağstafa, Qazax, Şəmkir və Gədəbəy rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Tovuz şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437 28 79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti