...

Bakıda hava küləkli olacaq

Cəmiyyət Materials 5 Avqust 2015 12:54 (UTC +04:00)
Sabah Bakıda hava küləkli olacaq, temperatur isə ötən günlərlə müqayisədə 2-3 dərəcə enəcək.
Bakıda hava küləkli olacaq

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Bakıda hava küləkli olacaq, temperatur isə ötən günlərlə müqayisədə 2-3 dərəcə enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 6-da dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-qərb, şimal küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 23-26, gündüz 30-35 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 27-28, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 28-29, Türkan, Hövsan, Şıx, Sahildə 29-30 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 16-21, gündüz 27-32 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti