...

Bakıda havanın maksimal temperaturu 32 dərəcə olacaq

Cəmiyyət Materials 7 Avqust 2015 12:56 (UTC +04:00)
Sabah Bakıda havanın maksimal temperaturu 32 dərəcə isti olacaq.
Bakıda havanın maksimal temperaturu 32 dərəcə olacaq

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Avqustun 8-də Bakıda havanın maksimal temperaturu 32 dərəcə isti olacaq. Bakıda əsən şimal küləyi sabah günün ikinci yarısından mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağma ehtımalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25, gündüz 29-34, Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti təşkil edəcək.

Avqustun 8-10-da Abşeron yarımadasında mülayim küləklərin üstünlüyü müsbət amil olsa da, günün bəzi saatlarında havada rütubətliliyin bir qədər çox olması meteohəssas insanlar üçün narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında avqustun 8-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti