...

Builki orta məktəb məzunlarının 131-i qızıl, 21-i gümüş medal aldı

Cəmiyyət Materials 11 Avqust 2015 13:22 (UTC +04:00)
Təhsil Nazirliyi 2014-2015-ci tədris ilinin yekunlarına görə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 131 nəfəri qızıl, 21 nəfəri gümüş medalla təltif edib.
Builki orta məktəb məzunlarının 131-i qızıl, 21-i gümüş medal aldı

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Təhsil Nazirliyi (TN) 2014-2015-ci tədris ilinin yekunlarına görə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 131 nəfəri qızıl, 21 nəfəri isə gümüş medalla təltif edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qızıl və gümüş medal alanların 69 nəfəri Bakı, 83 nəfəri isə bölgə məktəblərini təmsil edir.

Onların 135 nəfəri dövlət, 17 nəfəri isə özəl məktəblərdə təhsil alıb. Medal sahiblərinin 75 nəfəri oğlan, 77 nəfəri qızdır.

Medala namizədlər Nazirlər Kabinetinin "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası"na uyğun olaraq müəyyənləşdirilib.

Medalla təltif zamanı namizədlərin ümumtəhsil məktəbində oxuduğu müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər, nümunəvi davranışı ilə fərqlənməsi, fənn olimpiadalarında, ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə yüksək mükafat qazanmaları nəzərə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti