...

Sabah Bakıda havanın temperaturu 38 dərəcəyə çatacaq

Cəmiyyət Materials 12 Avqust 2015 12:47 (UTC +04:00)
Sabah Bakıda havanın temperaturunun 38 dərəcəyə çatacağı gözlənilir.
Sabah Bakıda havanın temperaturu 38 dərəcəyə çatacaq

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Bakıda havanın temperaturunun 38 dərəcəyə çatacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında avqustun 13-də hava günəşli olacaq. Mülayim şimal-qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 23-26, gündüz 33-38 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti