...

MasterCard azərbaycanlı uşaqlara 2015 UEFA Super Kubokunda iştirak etmək imkanı yaradıb

Cəmiyyət Materials 15 Avqust 2015 10:05 (UTC +04:00)
MasterCard Azərbaycandan olan 9 uşağın 11 avqust tarixində Gürcüstan/Tbilisidə keçirilən 2015 UEFA SUPER KUBOKUNDA iştirak etmək imkanını qazandıqlarını, bundan başqa, iki ispan komandasından-Barselona və Sevilya-olan futbol ulduzlarını meydançada əl-ələ verərək müşayiət etmək kimi qiymətsiz təcrübə qazanacaqlarını elan etdi.
MasterCard  azərbaycanlı uşaqlara 2015 UEFA Super Kubokunda iştirak etmək imkanı yaradıb

Azərbaycan, Bakı, 15 avqust /Trend/

MasterCard Azərbaycandan olan 9 uşağın 11 avqust tarixində Gürcüstan/Tbilisidə keçirilən 2015 UEFA SUPER KUBOKUNDA iştirak etmək imkanını qazandıqlarını, bundan başqa, iki ispan komandasından-Barselona və Sevilya-olan futbol ulduzlarını meydançada əl-ələ verərək müşayiət etmək kimi qiymətsiz təcrübə qazanacaqlarını elan etdi.

Trend-in məlumatına görə, bu uşaqlar MasterCard Azərbaycan Feysbuk səhifəsində (www.facebook.com/MasterCardAzerbaijan) 6 iyul tarixindən 30 iyul tarixinə qədər MasterCard tərəfindən élan edilmiş Feysbuk müsabiqəsi nəticələri əsasında seçiliblər.

MasterCard tərəfindən müəyyən edilmiş müsabiqənin qaydaları çox sadə olub. Hər bir valideyn öz 7-9 yaşlı uşağının şəklini MasterCard Azərbaycan Feysbuk səhifəsinin ismarıc bölməsinə göndərib və mümkün qədər çox bəyənilmə toplamalı idi. Beləliklə 80-dən çox Azərbaycan ailəsi öz uşaqlarının şəkillərini qürurla bölüşərək müsabiqədə iştirak edib. Nəticədə, 9 ən çox bəyənilən şəklin müəllifi qalib elan edilib:

Tuncay Məmmədov, Fərid Quliyev, Əhməd Hacıyev, Miraqşin Abasov, Musa Allahverdiyev, Hüseyin Rəşidov, Hüseyn Səlimli, Elman Mustafayev, Ömər Musazadə.

MasterCard tərəfindən təqdim edilən qalib dəstinə aşağıdakılar daxildir:

- meydançada futbol ulduzlarını müşayiət etmək üçün uşaqların qiymətsiz təcrübəsi ilə birlikdə Gürcüstanda keçiriləcək 2015 UEFA Super Kubok matçına 2 bilet (1 bilet uşaq və 1 bilet müşayiət edən valideyn üçün);

- hər gecə üçün 2 nəfərlik otel otağı;

- Bakıdan Tbilisiyə daşınma və hava limanına və şəhər mərkəzinə qarşılıqlı daşınma ilə dəstəklənən geri daşınma;

MasterCard gələcək nəslin iştirak etdiyi layihələrə xüsusi diqqət yetirir və onların təşəbbüsü nəticəsində dünya üzrə bir çox uşaq meydançada futbol ulduzlarını müşayiət etmək kimi qiymətsiz təcrübə qazanmışdır. Lakin, ilk dəfədir ki, Azərbaycandan olan uşaqlar futbol ulduzlarını müşayiət etmək imkanını qazanmışdır.

MasterCard-ın Azərbaycan üzrə Meneceri Eldar Cahangirov deyib: "Biz çox şadıq ki, MasterCard Azərbaycan UEFA Super Kubokunun Facebook Müsabiqəsi ilk dəfə Azərbaycanda keçirib və əhali tərəfindən yüksək marağa səbəb olub. Bundan başqa, 80 Azərbaycan ailəsi öz uşaqlarının sevimli şəkillərini paylaşaraq müsabiqədə iştirak etmişlər. Hazırda, futbol meydançasında Azərbaycan qaliblərinin sevincinə şahid olmaq və onlarla qiymətsiz anları bölüşmək çox zövqvericidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti