...

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Kamenets -Podolskiy şəhərinin meri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 15 Avqust 2015 10:55 (UTC +04:00)
Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri ilə Ukraynanın Kamenets –Podolskiy şəhərinin meri arasında görüş keçirilib.
Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Kamenets -Podolskiy şəhərinin meri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri ilə Ukraynanın Kamenets -Podolskiy şəhərinin meri arasında görüş keçirilib.

Trend-in məlumatına görə, görüşdə Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov ilə Ukraynanın Kamenets -Podolskiy şəhərinin meri Mixail Cimaşkeviç arasında keçirilən görüşdə ölkələr arasında investisiya layihələrinin gerçəkləşdirilməsi, turizm sahəsində birgə layihələrin işlənməsi məsələləri müzakirə edilib.

E.Məmmədov bildirib ki, Alyans şəhərin iş adamlarının Azərbaycanda layihələrin həyata keçirilməsində yardımçı ola və bu işdə öz töhvəsini verə bilər.

M.Cimaşkeviç öz növbəsində azərbaycanlı iş adamlarının Kamenets -Podolskiy şəhərinə investisiya yatırmalarında maraqlı olduğunu deyib.

Görüşün sonunda M.Cimaşkeviçə Alyansın fəxri üzvü ölması münasibətilə diplom təqdim edilib.

Həmin gün E.Məmmədov, həmçinin Donetsk və Luqanskdan olan məcburi köçkünlərlə görüşüb, onların problemləri ilə maraqlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti