...

Tərcümə Mərkəzi ixtisasartırma və dil kurslarına qəbul elan edir

Cəmiyyət Materials 18 Avqust 2015 17:18 (UTC +04:00)
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərcümə işinin təkmilləşdirilməsi məqsədilə təşkil etdiyi kurslara qəbul elan edir
Tərcümə Mərkəzi ixtisasartırma və dil kurslarına qəbul elan edir

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərcümə işinin təkmilləşdirilməsi məqsədilə təşkil etdiyi kurslara qəbul elan edir.

Kurslar iki istiqamətdə fəaliyyət göstərir:

1. İxtisasartırma kursları - aşağıdakı dillər üzrə təşkil edilir:

Xarici dil

İxtisasartırma mövzusu

İngilis dili

Media

Rəsmi, hüquqi sənədləşmələr

-

-

Fransız dili

Media

Rəsmi, hüquqi sənədləşmələr

Alman dili

-

Rəsmi, hüquqi sənədləşmələr

-

-

İtalyan dili

Media

Rəsmi, hüquqi sənədləşmələr

Tibbi materialların tərcüməsi

İspan dili

Media

Rəsmi, hüquqi sənədləşmələr

-

Politologiya sahəsində materialların tərcüməsi

Azərbaycan dilindən rus dilinə tərcümə

Poeziya, nəsr və publisistika

Tərcümə materiallarının redaktəsi

-

-

Türk dili

Bədii və humanitar sahələr üzrə tərcümə

Rəsmi, hüquqi sənədləşmələr

-

-

Fars dili

-

Rəsmi, hüquqi sənədləşmələr

-

-

Ərəb dili

(Kurs dil daşıyıcısıtəcrübəli mütəxəssislər tərəfindən aparılır)

Media,

bədii və humanitar sahələr

Rəsmi, hüquqi sənədləşmələr

Siyasət,

iqtisadiyyat və maliyyə

2. Dil kursları - müxtəlif səviyyələr və aşağıdakı dillər üzrə təşkil edilir:

İngilis

Alman

Fransız

İspan

İtalyan

Rus

Türk

Fars

Ərəb

Dil kurslarının müddəti 6-12 ay, ixtisasartırma kurslarının müddəti isə - tərcüməçinin peşəkarlıq səviyyəsindən asılı olaraq 2-6-12 aydır.

Məşğələlər həftədə 2 dəfə, hər dərs 1,5 saat olmaqla, Tərcümə Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbul qeydiyyatı davamlıdır.

Kursların aylıq ödənişi 50 AZN-dir.

Kurslara qeydiyyata düşmək üçün aşağıdakı sənədlər qeyd olunmuş elektron poçt ünvanına göndərilməli, yaxud kağız formatında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin kurs rəhbərliyinə təqdim edilməlidir.

Kurslara qeydiyyat üçün müvafiq sənədlər:

1) Şəxsiyyət vəsiqəsinin surəti

2) 2 ədəd fotoşəkil

3) CV

Ünvan: Əlimərdan Topçubaşov küçəsi, 74.

E-mail: [email protected]

Əlaqə telefonu: (+994 12) 595-10-69

Məqalədə:
Xəbər lenti

Xəbər lenti