...

Bakıda isti hava şəraiti ilə bağlı rekord göstərici qeydə alındı?

Cəmiyyət Materials 19 Avqust 2015 17:55 (UTC +04:00)
İyulun sonlarından avqustun 19-dək Bakıda hökm sürən isti hava şəraiti ilə bağlı rekord göstərici qeydə alınmayıb.
Bakıda isti hava şəraiti ilə bağlı rekord göstərici qeydə alındı?

Azərbaycan, Bakı, 19 avqust /Trend/

İyulun sonlarından avqustun 19-dək Bakıda hökm sürən isti hava şəraiti ilə bağlı rekord göstərici qeydə alınmayıb. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, bu müddət ərzində ayrı-ayrı günlərdə Bakıda havanın temperaturu illik normadan 2-3 dərəcə yüksək olub (34-39 dərəcə).

Qeyd edək ki, Bakıda iyul-avqust aylarında son rekord göstərici 40 dərəcə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti