...

Azərbaycanda vətəndaşlarımızı necə qoruyaq?

Cəmiyyət Materials 20 Avqust 2015 17:11 (UTC +04:00)
Azərbaycanda psixoloji yardım mərkəzlərinin yaradılması ilə bağlı məsələ Milli Məclisin payız sessiyasında gündəmə gətirələcək. Bunu Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.
Azərbaycanda vətəndaşlarımızı necə qoruyaq?

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda dövlət tərəfindən psixoloji yardım mərkəzlərinin yaradılması ilə bağlı məsələ Milli Məclisin payız sessiyasında gündəmə gətiriləcək. Bunu Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.

O bildirib ki, hazırki dövrdə psixoloji yardım çox vacib məsələdir: "Bu, maddi vəsait tələb edən məsələdir. Çünki psixoloji yardım mərkəzlərinin yaradılmasına zərurət var. Amma məsələni başqa formada da həll etmək olar. Dövlətin balansında olan poliklinikaların nəznində psixoloq ştatları açaraq fərdi fəaliyyət göstərən psixoloq kabinetləri yaradıla bilər. Yəni, ilkin mərhələ kimi bunu etmək olar. Sonra isə psixoloji yardım mərkəzlərini yaratmaq olar".

M.Quliyev bildirib ki, bu praktika dünyanın bir çox ölkələrində tətbiq edilir: "İndi əvvəlki dövr deyil. İnformasiya bolluğu və müxtəlifliyi var. Bəzən təhlükəli informasiyalar insanların özlərinə qapanmasına, depressiyaya düşməsinə və müxtəlif psixoloji sarsıntılar keçirməsinə səbəb olur. Bu baxımdan psixoloji xidmət mərkəzlərinin yaradılması vacib məsələdir".

M.Quliyev vurğulayıb ki, özəl psixoloqlar fəaliyyət göstərsə də, hamının imkanı yoxdur ki, özəl psixoloqun yanında gedib daima məsləhətlər alsın: "Ona görə də, bu işi dövlət hesabına reallaşdırmaq olar. Məsələni Milli Məclisin payız sessiyasında yenə gündəmə gətirəcəyəm".

Qeyd edək ki, müstəqil ekspertlər də psixoloji yardım mərkəzlərinin yaradılmasını vacib sayır. Onlar hesab edirlər ki, intiharların, ailədaxili problemlərin və digər bu kimi neqativ halların baş verməsinin əsas səbəblərindən biri insanların psixoloji yardıma müraciət etməməsidir.

Ekspertlər bildirblər ki, bir sıra Avropa ölkələrində psixoloji dəstək mərkəzləri fəaliyyət göstərir və onlar insanlara pulsuz məsləhətlər verirlər. Ekspertlərin fikrincə, bu tərcübənin Azərbaycanda da tətbiq edilməsi bu qəbildən olan problemlərin xeyli azalmaslna səbəb olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti